Rusiyanın Arxangelsk şəhərində azərbaycanlı iş adamı, əslən Azərbaycanın Ağdaş rayonundan olan 1992-ci il təvəllüdlü Hüseynov Ruslan Arif oğlu naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib.
Eləcə də bax: “Azərbaycanda Amerika Məktəbi”nin rəhbəri həbs olundu - Xaricdə təhsil fırıldağı
FED.az xəbər verir ki, azərbaycanlı iş adamı aldığı beş güllə yarasından yerindəcə həyatını itirib.
Hadisə yanvarın 31-dən fevralın 1-nə keçən gecə qeydə alınıb. Onun kimlər tərəfindən qətlə yetirildiyi hələlik müəyyənləşməyib. R.Hüseynov Arxangelskdə taxta biznesi ilə məşğul olub.
Eləcə də bax: DİN-in yüksək vəzifəli şəxsləri həbs edildi
İş adamının meyiti ekspertizadan sonra bu gün Azərbaycana gətiriləcək.
Faktla bağlı araşdırma aparılır (report.az).