Bu gün Rumıniyada 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.
FED.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Məlumata görə, zəlzələnin episentri Drobeta-Turnu-Severin şəhərindən 56 km şimal-şərqdə, 102 min nəfərin məskunlaşdığı ərazidə yerləşir. Zəlzələ ocağının 40 km dərinlikdə olduğu qeyd edilir.
Xəsarət alanlar və dağıntılar haqqında məlumat daxil olmayıb. (Trend)