Banner

Hadisə

"Riyad" ticarət mərkəzində yanğın olub

"Riyad" ticarət mərkəzində yanğın olub | FED.az
01:15 16 İyul 2018

Fövqəladə Hallar Nazirliyi Abşeron rayonunun Xırdalan şəhərində yerləşən "Riyad" ticarət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb.

FED.az xəbər verir ki, hadisə zamanı ticarət mərkəzi ərazisində yerləşən mağazanın alkopandan ibarət üzlüyü 340 m² sahədə və qapısı yanıb.

Yanğın zamanı 2 nəfər yüngül yanıq xəsarəti alıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər xəbərlər

Banner