TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı vəzifəsindən istefa verib.
Bu şirkətlər işçi yığır: əmək haqqı 300 - 2000 manat - 18 VAKANSİYA
FED.az xəbər verir ki, R.Bayramlının işdən azad ediləcəyi barədə məlumatlar artıq dünəndən yayılmışdı. Bu gün isə TƏBİB-in rəhbəri öz Tvitter hesabında bu barədə məlumat yayıb.
5000 manat maaşla "Kontakt Home" işçi axtarır - VAKANSİYALAR
O istefa üçün ərizə ilə müraciət etdiyini bildirib. Ərizə müəllifinini özünün bu məlumatı ictimailəşdirməsi ərizənin qəbul edildiyini göstərir.
«Hörmətli dostlar
Artıq TƏBİB-in İdarə heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm. İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVİD-19 virusu ilə mübarizədə çiyin çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir ,bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm.
Bundan sonra da Vətənimə və Xalqıma xidmətimi davam etdirəcəyəm»-deyə açıqlamada deyilir.
Xatırladaq ki, TƏBİB Azərbaycanın bərbəd vəziyyətdə olan səhiyyə sektorunu qaydaya salmaq və burada icbari tibbi sığortaya başlamaq üçün aparılan islahatlar çərçivəsində yaradılıb.
Artıq ölkənin bütün ərazisində icbari tibbi sığorta tətbiq edilib.
TƏBİB yarandığı ilk gündən ciddi çağırışlarla üz-üzə qaldı – COVİD virusu pandemiyası və 44 günlük müharibə tibb sisteminin bütün imkanlarını səfərbər etməyə məcbur etmişdi.
.