Hadisə

Qusarda güclü palçıq axını - KARTOF SAHƏLƏRİNİ BASDI

Qusarda güclü palçıq axını - KARTOF SAHƏLƏRİNİ BASDI | FED.az
20:37 4 İyun 2019

Qusarın dağlıq ərazidə yerləşən Ləzə kəndində güclü yağışdan sonra palçıq axını baş verib.

FED.az xəbər verir ki, sakinlərin  sözlərinə görə, vulkan  püskürməsinə bənzəyən palçıq axını kənd təsərrüfatına ziyan vurub.

Təxminən 10-a yaxın ailənin kartof sahəsi palçıq qatının altında qalıb. 

Sakinlər belə halın Ləzə kəndində ilk dəfə 1993-cü ildə də baş verdiyini, o zaman 3 evin palçıq altında qaldığını bildiriblər. 2006-cı ildə təkrarlanan palçıq axını da sakinlərin şəxsi təsərrüfatına xeyli ziyan vurmuşdu. 

Hadisə ilə əlaqədar Qusar Fövqəladə Hallar Komissiyası da məlumatlıdır. Əraziyə texnika göndərilib.

 



Digər xəbərlər