Bakıda "Qoçət" KFT MMC-nin kəsim sexində faciə baş verib.
Eləcə də bax: İşçiləri sığortalamaq neçəyədir? - PEŞƏLƏR, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu ərazisindəki sexdə baş verib. Sexdə xadimə işləyən Rəqsanə Pirməmmədova elektrik ət maşınını təmizləyərkən maşın qəfil hərəkətə başlayıb. Hadisə nəticəsində xadimə ət maşınının hissələrinin arasında qalaraq dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb. (Trend)