Mayın 11-i saat 9 radələrində Bakı – Sumqayıt yolunda, Sumqayıt Texnologiyalar Parkının qarşısında sərnişin avtobusu qəzaya uğrayıb.
Eləcə də bax: Sumqayıtda məşhur şirkətin avtobusu qəzaya uğrayıb - YARALANANLAR VAR
FED.az xəbər verir ki, STP Şirkətlər Qrupu hadisə ilə bağlı açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, hadisə zamanı zərərçəkənlərə təxirəsalınmaz tibbi yardım göstərmək məqsədilə STP-nin SƏTƏM bölməsinin Tibb məntəqəsinin əməkdaşları dərhal hadisə yerinə yaxınlaşıblar. Qəzada 9 nəfərin yüngül xəsarət aldığı müəyyənləşdirilərək onlara ilkin tibbi yardım göstərilib. 103 xidməti gəldikdən sonra xəsarət alanlar təkrar yoxlama üçün xəstəxanaya aparılıblar.
"Hadisə ilə əlaqədar STP olaraq bildiririk ki, qəza edən avtobusun STP Şirkətlər Qrupuna aidiyyəti yoxdur və xəsarət alanlar içərisində STP əməkdaşı olmayıb".