“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin direktor müavini Elxan Məmmədov 63 yaşında vəfat edib.
FED.az xəbər verir ki, məlumata görə, E.Məmmədov 12 yanvar 1958-ci ildə Rusiyanın paytaxtı Moskvada anadan olub. O, 1980-ci ildə Moskva Dağ-Mədən İnstitutunu, 1991-ci ildə Moskva Yeyinti Sənayesi İnstitutunu bitirib.
E.Məmmədov 1992-1993-cü illərdə Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətində sənaye, nəqliyyat və rabitə sahələri üzrə icra başçısının müavini vəzifəsində çalışıb, müxtəlif vaxtlarda “Birləşmiş Millətlər Təşkilatı”nın Qaçqınlar Üzrə Ali Komissarı, “ADRA”, “CHF International”, “İRC”, “Avropa İttifaqı”, “BMT İnkişaf Agentliyi”, “Avropa Yenidənqurma və İnkişaf Bankı” kimi beynəlxalq təşkilatlarda ekspert kimi fəaliyyət göstərib, “Gəncə-Pivə” ASC-nin İdarə Heyətinin sədr müavini olaraq maliyyə və əməliyyat sahələrinə rəhbərlik edib, 2005-ci ildən “Azərbaycan Bank Tədris Mərkəzi”ndə ekspert, sonra isə Baş Məsləhətçi olaraq maliyyə və risklərin idarəedilməsi sahələri üzrə təlim və məsləhət xidmətli göstərib, “Gilan Agricultural Group”da investisiya və strateji planlaşma üzrə baş analitik kimi çalışıb.
O, 22 dekabr 2017-ci ildə ASK-nın Maliyyə departamentində direktor müavini, bu il aprelin 1-dən isə “Azərpambıq"da direktor müavini vəzifəsinə təyin olunub.
Allah rəhmət eləsin!