Türkiyədə zəlzələ nəticəsində dağılmış şəhərlərin yenidən inşasına başlanacaq.
Şərurlu İsfəndiyar: “Azərbaycandakı binalar Türkiyədəkindən çox keyfiyyətlidir”
FED.az xəbər verir ki, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib ki, tikiləcək binaların birinci mərtəbəsində obyektlər nəzərdə tutuilmayacaq.
"Altı mağaza və üstü mənzil dövrü sona çatacaq",- nazir deyib.
Murat Kurum əlavə edib ki, birmərtəbəli mağazaların tikilməsi planlaşdırırılır.
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri qeyd edib ki, zəlzələnin zərər vurduğu Türkiyənin 11 vilayətində 927 min binanın ekspertizası başa çatıb. Onun sözlərinə görə, dağılmış, təcili sökülməli və ağır zədələnmiş binaların sayı 118 mindir. 16 min bina dərhal sökülməlidir.
"Prezidentimizin rəhbərliyi ilə 11 vilayətdə Cümhuriyyət tarixinin ən böyük fəlakətli mənzil tikintisi səfərbərliyini həyata keçirəcəyik və vətəndaşlarımıza təhlükəsiz evlərin açarlarını verəcəyik. Martın əvvəlində 30 min evin tikintisinə başlayacağımızı bildirmişik. İnşallah bu rəqəmi daha da artıracağıq. Binalar 3-4 mərtəbəni keçməyəcək", - Murat Kurum deyib. (Marja)