Qubada dağ kəndində tikintisi başa çatmayan modul tipli natamam orta məktəb gecə yanıb.
FED.az xəbər verir ki, hadisə Çarxaçu kəndində baş verib. Yanğına səbəb kimi elektrik xətlərində qısaqapanma göstərilir.
Yanğın olan əraziyə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və digər rəhbər şəxslər gəlib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
***
Gecə saatlarında istifadəyə verilməsinə hazırlıq görülən məktəb binasında hələlik bilinməyən səbəbdən yanğın başlayıb.
Ehtimala görə, 8 otaq 56 yerlik məktəbdə hadisəyə səbəb qısaqapanma olub.
Emin Kərimov