Quba rayonunda "Birja" ticarət mərkəzində yanğın başlayıb.
FED.az xəbər verir ki, rayon mərkəzində yerləşən ticarət mərkəzində hələlik məlum olmayan səbəblərdən yanğın olub.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Yanğın zamanı 4-dən artıq mağaza yanıb.
Hadisə yerinə Quba Rayon Polis Şöbəsinin rəisi və rayon prokurorluğunun əməkdaşları gəlib.
Yanğının başvermə səbəbləri araşdırılır.





