Hadisə

Qubada alma bağları və biçilmiş taxıl sahələri yanıb

Qubada alma bağları və biçilmiş taxıl sahələri yanıb | FED.az
19:08 20 Avq 2019

Quba rayonunda alma bağları və biçilmiş taxıl sahələri yanıb.

ELƏCƏ DƏ BAX : Binəqədidə “Favorit” market yanıb, 1 nəfər tüstüdən zəhərlənib - VİDEO

FED.az xəbər verir ki, hadisə rayonun Alpan kəndində qeydə alınıb. 

Belə ki, ümumi sahəsi 50 hektara yaxın ərazi yanıb və onun 5 hektarı alma bağlarıdır.

Hadisə yerinə Qusar rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. 

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev də yanğın baş verən ərazidə olub, alovun söndürülməsi istiqamətində müvafiq göstərişlər verib. 

Yanğın söndürülüb, alovun meşə və kolluq ərazilərə keçməsinin qarşısı alınıb. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər