Moskvada azərbaycanlı milyarderlərə məxsus Sadovod bazarında baş verən yanğın nəticəsində iki nəfər xəsarət alıb.
FED.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Xəsarət alan şəxslərə tibbi yardım göstərilib. Bazardan 350 nəfərin təxliyə olunduğu bildirilib.
Qeyd edək ki, yəhudi əsilli azərbaycanlı milyarderlərə Qod Nisanov və Zarah İliyevə məxsus Sadovod bazarında yanğın baş verib. Bazarın ticarət pavilyonunda baş verən yanğın 150 kvadrat metr ərazini əhatə edib.
***
Moskvada “Sadovod” bazarında yanğın baş verib.
FED.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda yanğının baş vermə səbəbləri və ərazisi müəyyənləşdirilir.
Hazırda bazardan insanların təxliyəsi həyata keçirilir.
Qeyd edək ki, bazar yəhudi əsilli azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşad” şirkətinə məxsusdur. (Apa)