Bakıda evdən içərisində 30 000 dollar və 100 000 manat dəyərində qızıl olan seyf oğurlamaqda təqsirləndirilən Aslan Qasımov, Familə Vəliyeva, İmamverdi Həsənov, Elnur Aslanov və Sahib Həsənbəylinin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
Cinayət işinin ibtidai istintaqı yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hazırlıq iclası noyabrın 2-nə təyin edilib.
Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib.
Cinayət işi üzrə iki nəfər - Yelena Kobelkova və Abil Qədirov zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bu il aprelın 22-də paytaxt sakini olan bir nəfər şəxs Xətai rayon Polis İdarəsinə müraciət edərək rayon ərazisində yerləşən fərdi yaşayış evindən içərisində 30 000 ABŞ dolları və 100 000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin oğurlandığını bildirib.