Qazaxıstan Prezidenti Nursultan Nazarbayev istefaya qərarını elan edib.
FED.AZ Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, seçkilərə qədər dövlət başçısının səlahiyyətlərini parlamentin spikeri Kasım-Jomar Tokayev icra edəcək.
Nursultan Nazarbayev 1990-cı ildən Qazaxıstana rəhbərlik edir. 2015-ci ildə o, beşinci müddətə prezident seçilmişdi.