Qazaxıstan AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin “qara qutular”ının materiallarının surətlərini Azərbaycan və Rusiyaya təhvil verib.
"Təyyarə yerdən açılan atəş nəticəsində zədələnib, ancaq nə üçün təyyarə Aktau istiqamətinə göndərilmişdir?"
FED.az xəbər verir ki, bunu Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.
Baş nazirin müavini Qazaxıstan üçün “burada gizlədəcək bir məsələnin olmadığını” qeyd edib.
Onun sözlərinə görə, daha əvvəl internetdə dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir.
Baş nazirin müavini əlavə edib ki, onların arasında böyük fərq var.
“Qara qutuların məzmunu ilə böyük fərq var. Yalnız rəsmi qurumların məlumatlarını gözləyin”, - Kanat Bozumbayev vurğulayıb. (Apa)