«Qatar Airways»in prezidenti korrupsiyaya görə - HƏBS EDİLDİ
08:104 Avq 2021
Qətərin iqtisadiyyat naziri Əli Şərif Əl Amadi vəzifə səlahiyyətlərini aşmaqda və korrupsiyaya yol verməkdə ittiham olunaraq həbs edilib.
FED.az biznes portalı ABCNews-a istinadən xəbər verir ki, nazir dövlət vəsaitlərinin məqsədəuyğun olmayan istifadəsində ittiham edilir.
Məlumata görə, nazirə qarşı sübutlar prokurorluğun apardığı araşdırma zamanı ortaya çıxıb, amma təfərrüatlar açıqlanmır.
Xatırladaq ki, Əl Amadi Qətərin iqtisadiyyat nazirliyinə 8 il idi, 2013-cü ildən rəhbərlik edirdi. O həmçinin ölkənin milli bankının direktorlar şurasının sədri və Qatar Airways aviaşirkətinin prezidentidir.