Son dövrlər baş verən ekoloji pozuntular sırasında getdikcə daha böyük narahatlığa səbəb olan qanunsuz qum-çınqıl hasilatıdır.
Azərbaycanda bir neçə sahibkara cinayət işi - BAŞLANILIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olan məlumatda bildirilib.
Məlumata görə, bu təbii sərvətin məsuliyyətsiz və vicdansız istifadəsi nəticəsində ərazinin ekosistemi dəyişməklə yanaşı, təbiətə bərpa olunmayan zərər dəyir. Prokurorluq orqanları tərəfindən ekoloji qanun pozuntularına yol vermiş hüquqi və fiziki şəxslərə qarşı kompleks tədbirlər davam etdirilir (Apa).