Banner

Hadisə

“Pula ehtiyacım vardı” – TUTULAN DİREKTOR MÜAVİNİ

“Pula ehtiyacım vardı” – TUTULAN DİREKTOR MÜAVİNİ | FED.az
21:45 28 Noy 2018

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Samirə Əjdərzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
FED.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
 
ELƏCƏ DƏ BAX: “Mənzilləri satıb, pulları isə İlham Qasımovla xərcləyib”
 
Elan olunmuş ittiham üzrə S. Əjdərzadə özünü təqsirli bildiyini deyib.
 
O, ifadəsində müəllim yoldaşlarından pul aldığını bildirib:
 
“Həmin vaxt pula ehtiyacım vardı, anam əməliyyat olunmuşdu. İş yoldaşlarımdan da pulu borc almışdım, sonra da qaytardım. Mən pulu işə düzəltmək adı ilə almamışam”.
 
Proses dekabrın 5-də davam etdiriləcək.
 
Qeyd edək ki, S. Əjdərzadəyə qarşı Cinayət Məcəlləsinin (CM) 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddəsi ilə ittiham irəli sürülüb. Lakin barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
 
Xatırladaq ki, S. Əjdərzadə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Elçin Şəmiyev adına 149 saylı tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Digər xəbərlər

Banner