Bakıda tikintidə ölüm hadisəsi baş verib.
FED.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Neftçilər prospektində yeni tikilən yaşayış binasının inşası zamanı olub.
Eləcə də bax: İş yerində ölən işçinin ailəsi nə qədər ödəniş almalıdır? - HESABLAMA, MƏBLƏĞLƏR
Həmin tikintidə işləyən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü İsmayılov Ramiz Vəli oğlu tikinti ərazisində işlədiyi vaxt başına boru dəyib. R.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hüquq-mühafizə oqanları hadisə yerinə gələrək meyiti və hadisə yerini müayinə edib, meyit daxili müayinə üçün Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon Şöbəsinə təhvil verilib.
Trend