Türkiyədə çevrilişə cəhd ilə bağlı günahlandırlan ABŞ-lı keşiş Endryu Bransonun məhkəməsi davam edir.
FED.az xəbər verir ki, prokuror Bransonun ev həbsi qərarının ləğv edilməsini və 5-10 il azadlıqdan məhkum edilməsini istəyib.
Prokuror mütaliəsində Branson haqqında nəzarət qərarının götürülməsini və 5-10 il həbs cəzası verilməsini istəyib. Nəzarətin götürülməsi Bransonun ev həbsinin sona çatması anlamına da gəlir.
Qeyd edək ki, bu gün keçirilən məhkəmə iclasında iddianamədə yer alan şahidlər dinlənilib. Şahidlərdən üçü Branson əleyhinə verdiyi ifadələri dəyişib.
Hadisə bu məsələnin lirəyə təsiri olmayıb və hazırda dollar 0,9% ucuzlaşaraq 5,87 lirəyə ticarət olunur.
Prokuror keşişə 5-10 il iş istədi
16:56
12 Okt 2018