İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.
Müşavirədə baş nazirin 1-ci müavini Yaqub Eyyubov, «Azərenerji» sədri Etibar Pirverdiyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxiliişlər naziri Ramil Usubov, səhiyyə naziri Oqtay Şirəliyev, «Azərsu»yun rəhbəri Qorxmaz Hyseynov, «Azərişığ»ın rəhbəri Baba Rzayev, Bakı Metropolitenin rəhbəri Zaur Hüseynov, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli, baş prokuror Zakir Qaralov çıxış ediblər.
Müşavirədə prezidentin enerji məsələləri üzrə köməkçisi Əli Əsədov, Milli Təhlükəsizlik Xidmətinin rəisi Mədəd Quliyev, energetika naziri Pərviz Şahbazov və SOCAR prezidenti Rövnəq Abdullayev də iştirak edib.
Prezident İlham Əliyevin yanında - ENERJİ MÜŞAVİRƏSİ
19:22
4 İyul 2018