Ötən həftə Atlantik okeanında 4 minə yaxın Volkswagen avtomobili daşıyan və alovlanan yük gəmisində Volkswagen-in itkisi ən azı 155 milyon dollara çata bilər.
FED.az xəbər verir ki, risk idarəetmə şirkəti Russell Group, Almaniyadan ABŞ-a lüks avtomobillər daşıyarkən alovlanan böyük yük gəmisi Felicity Ace-dəki malların ümumi dəyərinin 438 milyon dollar, avtomobillərin ümumi dəyərinin isə təxminən 401 milyon dollar olduğunu açıqlayıb.
Gəmidə Volkswagen (VW) qrupuna aid Porsche, Audi, Bentley və Lamborghini avtomobilləri olub.
Russell Group bəyan edib ki, Volkswagen istisna olmaqla avtomobil istehsalçılarının zərəri 246 milyon dollara çata bilər.
Almaniyanın Emden şəhərindən yola düşən və ABŞ-ın Devisvil şəhərinə çatması planlaşdırılan gəmidə baş verən yanğında 22 ekipaj üzvünün təxliyyə edildiyi, neft sızıntısının olmadığı bildirilib. (Marja)