Hindistan hüquq-mühafizə orqanlarının anti-terror bölməsinin əməkdaşı Çxattisqarx ştatında öz həmkarlarını güllələyib.
FED.az xəbər verir ki, nəticədə 4 nəfər ölüb, daha bir asayiş keşikçisi yaralanıb.
Sant Sumar adlı polis həmkarlarından biri ilə mübahisədən sonra tüfəngdən atəş açıb. Onun saxlanıldığı bildirilir.
Hazırda hadisənin bütün təfərrüatları araşdırılır.