Hadisə

"Piramida plaza"da baş verən yanğın söndürülüb - YENİLƏNİB - FOTO

"Piramida plaza"da baş verən yanğın söndürülüb - YENİLƏNİB - FOTO | FED.az
17:03 26 İyun 2019

Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən "Piramida plaza"da yanğın olub.

ELƏCƏ DƏ BAX: 
FHN: Yanğının söndürülməsinə 120 canlı qüvvə və 18 texnika cəlb edilib

FED.az xəbər verir ki, yanğın plazanın 14-ci mərtəbəsindən 17-ci mərtəbəsinədək şaxtanı əhatə edib.

İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində yüklənmə olub.

Əraziyə 5 yanğınsöndürən maşını, 20 canlı qüvvə cəlb edilib. Yanğın söndürülüb.


*** 16:44

Bakının mərkəzində binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Nəsimi rayonu, 28 May küçəsində binada yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.


Digər xəbərlər