"Saat 03:26-da FHN-in "112" qaynar telefon xəttinə Yusif Səfərov küçəsində xəstəxanın doğum şöbəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Hadisə yerinə ərazi üzrə hissələr cəlb olunub. Yanğının binanın dördüncü mərtəbəsində 35 kv.m sahədə olması müəyyən olunub"
FED.az xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev deyib. O qeyd edib ki, Respublika Perinatal Mərkəzdə baş verən yanğın qısa müddətdə söndürülüb:
"Binanın 3 və 4-cü mərtəbəsində olan personal, körpələr və analar təxliyyə olunub. Hazırda araşdırmalar gedir".
***
Respublika Perinatal Mərkəzində yanğın olub.
Yusif Səfərov küçəsində qeydə alınıb.
Əraziyə FHN-in əməkdaşları cəlb edilib.