Hadisə

Paytaxtda tikiş sexində partlayış - XƏSARƏT ALAN VAR

Paytaxtda tikiş sexində partlayış - XƏSARƏT ALAN VAR | FED.az
17:21 12 Dek 2018

Bakının Qaradağ rayonunda tikiş sexi kimi fəaliyyət göstərən birmərtəbəli üç otaqlı tikilidə yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən FED.az-a verilən məlumata görə, nəticədə iki otağın yanar konstruksiyaları 37 kv.m sahədə yanıb.

Hadisə zamanı iki nəfər xəsarət alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər xəbərlər

Banner