Paytaxtda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən FED.az-a verilən məlumata görə polis əməkdaşlarının keçirdiyi tədbirlərlə özünü otel meneceri kimi təqdim etməklə sürücülərin aldatma yolu ilə müxtəlif məbləğlərdə pullarını talamaqda şübhəli bilinən 1996-cı il təvəllüdlü Əli Dadaşov saxlanılaraq məsuliyyətə cəlb edilib.
O sosial şəbəkələrdə və elan saytlarında məlumatlar yerləşdirməklə “əlavə qazanc, yüksək gəlir” adı altında fəaaliyyət göstərib.
Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə edilir.
Araşdırmalar Səbail RPİ 9-cü Polis Bölməsində aparılır.