"Mətbuatın yazdığı kimi partlayış "Ofisait" ofis və dəftərxana ləvazimatları mağazasında deyil, mağazanın altında yerləşən podvalda (mənfi 1-də) baş vermişdir".
Bu barədə "Ofisait" mağazalar şəbəkəsindən bildirilib.
Qeyd edilib ki, xeyli müddətdir podvaldakı obyektdə təmir işləri aparılırdı, qaz sızması da həmin obyektdə baş vermişdir.
Mağazadan qeyd edilib ki, onlarda olan məlumata görə, hadisə nəticəsində ölən yoxdur, xəsarət alanlar var.
Qeyd edək ki, Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən obyektdə qaz sızması nəticəsində qəza olub.