Paris Notr-Dam Kilsəsi yanır.
FED.az xəbər verir ki, yanğının səbəbləri açıqlanmasa da, binada restavrasiya işlərinin aparıldığı bildirilib. Alov kilsənin tavanından və pəncərələrindən qalxır. Yanğına ilk reaksiya verən şəxs isə ABŞ prezidenti Donald Tramp olub.
O, “Notr Damın yanmasına baxmaq dəhşətdir. Yanğınsöndürən helikopterlərdən istifadə olunmalıdır. Cəld tərpənmək lazımdır”, - deyə bildirib.
***
"Anadolu" agentliyinin məlumatına görə, yanğın səbəbindən kilsənin qülləsi uçub.
Hadisədən sonra Fransa prezidenti Emmanuel Makron bir neçə aydır aksiya keçirən "Sarı jiletlilər"in gözləntiləri ilə bağlı keçirəcəyi mətbuat konfransını ləğv edib.
***
Paris meri Ann İdalqo Tvitter statusunda yanğının hələ də söndürülmədiyini yazıb:
“Parisin yüzlərlə yanğınsöndürəni alovun qarşısını almağa çalışır. Paris yepiskopluğu ilə kontaktdayıq. Hamını təhlükəsizlik məsafəsini gözləməyə çağırıram”.
Qeyd edək ki, baş vermiş yanğınla əlaqədar Fransanın Baş prokurorluğu istintaqa başlayıb.
***
Fransa Daxili İşlər Nazirliyi yanğında ölən və yaralanın olmadığını açıqlayıb.