Banner

Hadisə

Ötən gün borclu kimi axtarışda olan 22 nəfər saxlanılıb

Ötən gün borclu kimi axtarışda olan 22 nəfər saxlanılıb | FED.az
11:16 18 Okt 2018

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 18-də gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 42 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

Digər xəbərlər

Banner