Martın 26-da yanğın nəticəsində tamamilə məhv olan «Diqlas» TM-nin idarə edən şəxslər və sahibləri Bakıya çağrılıb və onların mərkəzdə ticarət edən sahibkarlarla görşü olacaq.
FED.az xəbər verir ki, bu barədə bu gün «Diqlas» TM-də yanğın nəticəsində mağazaları və malları yanan sahibkarlarla TM-nin yerləşdiyi Nizami Rayon İcra Hakimiyyəti rəhbərliyinin görüşündə bildirilib.
Görüşdə bildirilib ki, TM-ni işlədən sahiblərdən biri - Hacı Araz dünən xaricdə idi, amma onunla danışılıb və bu gün gəlib sahibkarlarla görüşəcək.
Eləcə də bax: ""Diqlas" Mərkəzinin sahibi biz deyilik" - AÇIQLAMA
Görüşdə sahibkarlar TM rəhbərliyinə qanunsuz ödəmələr barədə də məlumat verərək onların zərəri ödəmələini tələb ediblər: «Diqlas» sahibinin tam imkanı var ki bizim pulumuzu ödəsin».
İcra hakimiyyəti bildirib ki, məsələ obyektiv araşdırılacaq: «Sahibkarların özləri gəlib sizinlə söhbət edəcəklər. Görüşəcəksiniz. Özləri ilə də müzakirə etmək lazımdır. Mən onu məcbur edə bilmərəm ki, sizə pul versin».