Səudiyyə Ərəbistanda şahzadələrə və yüksək səviyyəli adlara qarşı əməliyyatlarla bağlı İngiltərə mediasında bir iddia ortaya atılıb.
FED.az xəbər verir ki, "Daily Mail" qəzetinin xəbərində, Amerikan xüsusi təhlükəsizlik şirkətlərində çalışan ödənişli əsgərlərin, həbs edilən şahzadələri mühakimə etdiyini, döydüyünü, ayaqlarından asdığını, yumuruqladığını, alçaldıldıqlarını yazıb. Bu şahzadələrin arasında milyader Alvalid ibn Talalın da olduğu bildirilir.
Yenə qəzetin iddiasında, mənbə, Ər-Riyaddakı "Rits Karlton" otelində saxlanılan bütün varlıların xaricilərin nəzarəti altında olduğunu deyib.
"Məhəmməd bin Salman, həyatları boyunca həbs edilənlərin qarşısında əyilmiş Səudiyyəli təhlükəsizlik əməkdaşlarını istəmir. Otelin xaricində, Səudiyyə Xüsusi Təyinatlı qüvvələr var, ancaq içəriyə özəl şirkət nəzarət edir. Ödənişli əsgərlər içəri girir və məhbusları təhqir edir, yumuruqlayır və işgəncələr verirlər" - mənbə deyib.
Təxminən 3 həftə əvvəl Səudiyyə Ərəbistanında başlanılan və Vəliəhd Şahzadə Məhəmməd ibn Salmanın idarə etdiyi korrupsiya əməliyyatında ən azı 11 şahzadə, onlarla iş adamı və hökumət rəsmisi saxlanılıb.
@Marja.az