Hadisə

Olimpiya İdman Kompleksinin direktoru barəsində cinayət işi başlanılıb

Olimpiya İdman Kompleksinin direktoru barəsində cinayət işi başlanılıb | FED.az
17:57 30 Aprel 2019

İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətov barəsində cinayət işi başlanılıb.

FED.az xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

T.Hümbətov cinayət işinin ibtidai istintaqı başa çatıb, Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtlı hələlik açıqlanmayıb.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova "Report"a açqılamasında bildirib ki, Tofiq Hümbətov ötən həftə vəzifəsindən azad olunması üçün müraciət edib: "Onun ərizsəsinə baxılıb".

Qeyd edək ki, T.Hümbətov 2017-ci ildən İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində çalışır.

Eləcə də bax: "Beynəlxalq bank işi": Telman İsmayılov bankdan 70 milyon dollar kredit götürüb

Digər xəbərlər