Avtonəqliyyat Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası vətəndaşı Cəfərov Zakir İsrafil oğlu tərəfindən “Sərbəst dövriyyə üçün buraxılış” gömrük rejimində rəsmiləşdirmək üçün Azərbaycan Respublikası ərazisinə gətirilmiş 2016-cı il buraxılışlı “MERCEDES BENZ VİTO TOURER” markalı nəqliyyat vasitəsinə baxış keçirib.
DGK-dən FED.az-a verilən məlumata görə, baxış zamanı “MERCEDES BENZ VİTO TOURER” markalı nəqliyyat vasitəsinin Rusiya Federasiyasında oğurlanması və axtarışda olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Oğurlanmış nəqliyyat vasitəsi saxlanılıb
11:33
22 İyun 2017