Benetton İtaliyanın məşhur geyim markalarından biridir. 1965-ci ildə Benetton brendini quran Luciano Benetton, 2008-ci ildə 155 milyon avro qazancla rəhbərliyi oğlu Alessandro Benettona vermişdi. Lakin şirkətin "əriməyə" başlaması səbəbindən 82 yaşında yenidən iş başına keçib.
FED.az xəbər verir ki, "La Repubblica"ya danışan Luciano Benetton" 155 milyon avro qazancla təhvil verdiyim şirkəti 2016-ci ildəki 81 milyon avro zərərlə geri alıram. Bu il daha da pis olacaq", - deyib.
Benetton qayıtmaq qərarını, "Bu dözülməz bir vəziyyətdir. Bu səbəbdən geri qayıdıram", deyərək açıqlayıb.
1978 - 2012-ci illərdə şirkətə başçılıq edən milyarder şef, rəqiblərin onları təqlid etdiyini bildirib.
Zara, H&M kimi markalar yeni geyim və dəb dizaynları ilə bir vaxt sektorun lideri olan Benetton-dan önə keçiblər.
"United Colors of Benetton", "Playlife" və "Sisley" "Benetton" şirkətinə məxsusdur.