Hadisə

“Oba”ya silahlı hücum olub

“Oba”ya silahlı hücum olub | FED.az
12:21 2 Aprel 2019

Bakıda marketlər şəbəkəsinin bir filialına silahlı hücum baş verib. FED.az xəbər verir ki, hadisə aprelin 1-i səhər saat 09 radələrində qeydə alınıb.

Yasamal rayonunda yerləşən “Oba” marketə hücum edən Mingəçevir şəhər sakini Murad Mustafayev orada satıcı işləyən 1986-cı il təvəllüdlü Mahirə Əhmədovanı cibindən çıxardığı bıçaqla xəsarət yetirəcəyi ilə hədələyib.

Eləcə də bax: İşədüzəltmə şirkətinin əməkdaşları tutuldu - 211 nəfəri aldadıblar

Daha sonra bıçaqla vuraraq kassanı sındırıb və içindən 205 manat götürərək oradan qaçıb.

M.Mustafayev hadisədən sonra saxlanılıb.

 

Digər xəbərlər

Banner