Banner

Hadisə

“OBA”dakı hadisəylə bağlı - AÇIQLAMA

“OBA”dakı hadisəylə bağlı - AÇIQLAMA | FED.az
15:46 2 Avq 2018

“OBA” marketlər şəbəkəsi dünən filialların birində baş verən bıçaqlanma barədə açıqlama yayıb.

FED.az xəbər verir ki,, avqustun 1-də Bərdə rayonunda yerləşən OBA marketlər şəbəkəsində bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı mağaza administratoru 4 bıçaq zərbəsi alıb: “Zərərçəkən əməkdaşımız dərhal xəstəxanaya çatdırılıb. 

Hadisənin baş vermə səbəbi hal-hazırda hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Hadisəni törədən Məmmədov Rahim bir gün öncədən OBA marketlər şəbəkəsinin Bərdə filialına müraciət edərək marketdə çalışan Yeganə Məmmədovanın işdən çıxarılmasını tələb edib. Bununla bağlı mağaza administratoru şirkət təlimatlarına uyğun şəkildə Rahim Məmmədova bu məsələlərin qanunvericiliklə tənzimləndiyini, işdən çıxarılmaq üçün heç bir əsas olmadığını izzah edib. Eyni zamanda Yeganə Məmmədova Rahim Məmmədovun marketdən çıxmasını, işində ona problem yaratmamasını tələb edib. Rahim Məmmədov bir gün ərzində tələbi yerinə yetirilməyəcəyi təqdirdə problem yaranacağı ilə bağlı təhdid edib. Növbəti gün mağazaya gələn R.Məmmədov mağaza adminstratorunu təhqir edərək ona hücüm çəkib və onu bıçaqlayıb”.

Digər xəbərlər

Banner