Banner

Hadisə

“Notr-Dam”ın bərpası üçün bir gündə - 700 MİLYON AVRO TOPLANDI

“Notr-Dam”ın bərpası üçün bir gündə - 700 MİLYON AVRO TOPLANDI | FED.az
08:54 17 Aprel 2019

Paris Notr-Dam kilsəsində baş verən yanğının ertəsi günü prezident Emmanuel Makron televiziyada çıxış edərək 5 il müddətində əvvəlkindən də daha gözəl kilsənin bərpa edilməsi arzusunu ifadə edib.

FED.az xəbər verir ki, prezident hər kəsin bacardığı qədər yardım göstərdiyini, hər kəsin öz yeri, öz rolu olduğunu deyib: “Fransızlar, Fransa və Parisi sevən bütün xaricilər bildirmək istəyirəm ki, sizin kədərinizi, eləcə də ümidlərinizi bölüşürəm. Birlikdə çalışacaq və istəyimizə nail olacağıq”.

Qeyd edək ki, Notr-Dam kilsəsinin yenidən bərpa edilməsi üçün ianə verənlərin sayı artıb və bu məqsədlə bir gün ərzində 700 milyon avro ianə toplanılıb.

Tarixi abidələr sahəsində ixtisaslaşmış binalar federasiyası kilsənin bərpasının 10 ildən 15 ilə qədər müddətdə mümkün olacağını və buna yüz milyonlarla avro maliyyə tələb olunacağını bildirib.

Eləcə də bax: Yasamalda hündür mərtəbəli binada yanğın baş verib

Digər xəbərlər

Banner