Notr-Dam Kilsəsində baş vermiş yanğından sonra Viktor Hüqonun “Paris Notr-Dam Kilsəsi” romanı “Amazon” saytının Fransa seqmentində ən çox satılan 100 kitabdan biri olub.
FED.az xarici KİV-ə istinadən xəbər verir ki, kitab eyni zamanda sayta 10 ən məşhur əsər siyahısına düşüb. Bundan başqa insanlar Paris üzrə bələdçi broşurları almağa başlayıb.
Qeyd edək ki, “Paris Notr-Dam kilsəsi” romanı 1831-ci ildə dərc olunub.