Koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə mülki geyimli polis əməkdaşları metropolitendə tibbi maskadan istifadə etməyən şəxslərlə bağlı nəzarət-profilaktik tədbirlər keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənFED.az bildiriblər ki, tədbirlər fasiləsiz davam etdiriləcək.
“Qaydalara əməl etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunur. Hərəkət iştirakçılarını qaydalara əmələ etməyə çağırırıq”, - deyə nazirliyin məlumatında bildirilib.