Xəbər verildiyi kimi, Müdafiə Nazirliyində əməliyyat keçirilib, bir neçə vəzifəli şəxs həbs edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki. saxlanılan Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayram Bayramov, "N" saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Sərkərov və nazirliyin zabiti Vüsal Əlizadə barədə məhkəmə qərar verib.
Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə onlar barəsində istintaq orqanının təqdimatına baxılıb və Bakı Hərbi Məhkəməsində təqdimat təmin edilib.
Təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, nazirliyin Maliyyə İdarəsinin rəisi polkovnik Rafael Xəlilovun barəsində də həbs qətimkan tədbiri seçilib.