Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov həbs olunub.
General-mayor Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə çərcivəsində saxlanılıb.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə N.Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
İlkin məlumata görə, Nizami Məmmədov 80 milyon 600 min manat mənimsəməkdə təqsirləndirilir.