Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (VDNX) “Azərbaycan” pavilyonunda naməlum şəxslər partlayış təhlükəsi barədə məlumat veriblər.
FED.az bu barədə TASS-a istinadən xəbər verir.
Təcili yardım xidmətlərindən bildirilib ki, bu məlumatdan sonra «Azərbaycan» pavilyonunda yoxlama başlayıb. «VDNX-dakı «Azərbaycan» pavilyonunda partlayış təhlükəsi barədə anonim sməlumat daxil olub, yoxlama aparılır»-deyə agentliyə bildirilib.