Moskva vilayətinin Arbitraj Məhkəməsi azərbaycanlı biznesmen “AST” qrupunun təsisçisi Telman İsmayılovun Moskva ətrafında 3 torpaq sahəsi ilə bağlı sazişə həbs qoymaqdan imtina edib.
FED.az Trend-ə istinadən xəbər verir ki, eyni zamanda məhkəmə onun Moskvanın Kutuzov prospektində yerləşən beşotaqlı və altıotaqlı iki mənzilinə həbs qoyub.
Qeyd olunur ki, bu daşınmaz əmlak T.İsmayılovun 2005-ci ildə Fransada anadan olmuş nəvəsi Telmanın adınadır.