Naməlum şəxslər Moskvanın qərbində Mosfilmovsk küçəsində yerləşən Azərbaycan mətbəxi kafesinin vitrinlərini sındırıblar, daha sonra gizləniblər.
Eləcə də bax: Ermənilər Moskvada azərbaycanlıların restoranına hücum etdi – VİDEO
FED.az bildirir ki, bu barədə “TASS”a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
“İndisent Mosfilmovsk küçəsində baş verib. Naməlum şəxslər Azərbaycan mətbəxi kafesinin vitrininə bir neçə daş atıblar, sonra avtomobillərdə hadisə yerindən uzaqlaşaraq gizləniblər”, - agentliyin həmsöhbəti deyib. O, hücum edənlərin axtarıldığını əlavə edib.
Qeyd eddək ki, iyulun 24-nə keçən gecə Moskvanın Marino rayonunda azərbaycanlılarla ermənilər arasında bir neçə toqquşma olub. Bundan əlavə, cümə günü gün ərzində Moskvanın müxtəlif rayonlarında bir neçə yeni toqquşma qeydə alınıb. (Qafqazinfo)