Moskvanın ən böyük bazarlarından biri olan “Sadovod”da yanğın baş verib.
Eləcə də bax: Daha bir ölkə Qod Nisanova sanksiya - TƏTBİQ ETDİ
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “TASS” yayıb.
Məlumata görə, yanğın ticarət pavilyonlarında qeydə alınıb. Hazırda bazardan insanların təxliyəsi həyata keçirilir.
İlkin məlumata görə, yanğın 50 kvadrat metr ərazini əhatə edir.
Xatırladaq ki, Moskvanın ən böyük bazarlarından biri olan “Sadovod” azərbaycanlı iş adamı Qod Nisanov və Zarah İliyevin “Kievskaya Ploşad” şirkətinə məxsusdur. Bazar 40 hektar ərazidə yerləşir və 8000 mağazanı əhatə edir.