Rusiyanın paytaxtı Moskvada azərbaycanəsilli iş adamlarına məxsus “Sadovod” bazarında yanğın baş verib.
FED.az xəbər verir ki, hadisə barədə ilk məlumat Rusiyanın “Telegram” kanallarında dərc edilib.
Hələlik Rusiya Fövqəladə Hallar Nazirliyi insidentlə əlaqədar hər hansı məlumat verməyib.
Hadisə şahidlərinin məlumatında görə, yanğın bazardakı pavilyonlardan birində baş verib.
Qeyd edək ki, Moskva Dairəvi Yolunun 14-cü kilometrliyində yerləşən “Sadovod” bazarı azərbaycanəsilli yəhudi iş adamları Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşşad” şirkətinə məxsusdur. (Oxu.az)