Bu gün paytaxtın Yasamal rayonu ərazisində yerləşən Milli Onkologiya Mərkəzində partlayış olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, partlayış otaqların birində baş verib.
Bildirilib ki, partlayış nəticəsində xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim xəsarət alıb.
Şua-diaqnostika şöbəsinin I mərtəbəsində qeydə alınan hadisə zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb. O, təcili olaraq xəstəxanaya hospitalizasiya olunub.
Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunublar.
Hazırda faktla bağlı araşdırma aparılır.













