Banner

Hadisə

“Meyvəli” bazarında yanğın olub

“Meyvəli” bazarında yanğın olub | FED.az
22:05 28 Fev 2021

Lökbatan qəsəbəsi ərazisindəki "Meyvəli" Ticarət Mərkəzində yanğın başlayıb.

FED.az xəbər verir ki, yanğın ərzaq mağazalarının birində qeydə alınıb. Artıq əraziyə yanğınsöndürənlər cəlb olunub, yanğının söndürülməsi üçün tədbirlər görülür.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Qafqazinfo-ya bildirib ki, ticarət mərkəzindəki köşklərdən birində baş verən yanğın kiçikhəcmli olub və yanğından mühafizə xidmətinin bölmələri tərəfindən söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Banner

Digər xəbərlər